Bakıda yarmaka yaxınlığında nəyə görə dava düşüb? (Video izlə)

Bal yarmarkasında dava düşüb. 

Hadisə yarmarkanın ətrafında baş verib. Mübahisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov bildirib ki, hadisə yarmarkada deyil, “Gənclik” metro stansiyasının çıxışı tərəfdə baş verib.

Onun sözlərinə görə, mübahisəni yarmarkada qeydiyyatdan keçməyən və sertifikatsız bal satan səyyar satıcılar yaradıb:

“Yarmarkadan kənarda, metro stansiya tərəfdə yarmarkada iştirak hüququ olmayan, səyyar satıcılar mübahisə yaradıb. Belə ki, onlar insanlara yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətsiz olduğunu deyərək, manipulyasiya ediblər. Müştərilərdən biri bu barədə yarmarka daxilində danışıb və bu yarmarkada satış edən arıçılardan birinə xoş gəlməyib. O da bu məsələni aydınlaşdırmaq və bu hərəkətin doğru olmadığını izah etmək üçün səyyar satıcılarla danışıb. Mübahisə bir anda davaya çevrilib. 10 nəfərlə bir nəfər arasında yaranan davaya polis müdaxilə edib. Məsələyə hüquqi-müstəvidə qiymət veriləcəyi bildirilib. Arıçı isə əraziyə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb”.

DİN Mətbuat Xidməti açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq:

“Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Mübahisə tərəflərinin araşdırmalarla əməllərinə hüquqi qiymət veriləcək”.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO