Bakıda toz basan milyonlar – Pul xərcləndi, heç bir işə yaramır

10 il əvvəl Bakıda avtobus dayanacaqlarında avtobusların hərəkət sxemini göstərən iri monitorlar yerləşdiriib. Təəssüf ki, hazırda bu monitorlar sadəcə lazımsız əşya rolunu oynayır.

Belə ki, bir çox dayanacaqlarda həmin monitorlar işləmir. Əlavə olaraq, bəzi dayanacaqlar elə yerdə quraşdırılıb ki, həm digər maşınların hərəkət intensivliyinə mane olur, həm də insanlar üçün əlverişsizdir. Bu sahəyə milyonlarla pul ayrılıb, amma vəziyyət xoşagələn deyil.

Bəs milyonların xərcləndiyi toz basmış bu monitorların aqibəti necə olacaq?

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bu sistemin vaxtilə yarımçıq qurulduğunu düşünür: “Qurulandan sonra məlum oldu ki, onun funksionallığı tam deyil. Avtobuslarda GPS (Qlobal Mövqetəyinetmə Sistemi – naviqator), müəyyən avadanlıqlar olmalıdır. Həmin avtobus dayanacaqlarının informasiya terminalının internet, rabitə əlaqəsi olmalıdır. Bu sistem özünü doğrultmayandan sonra onu dağıtmağa başladılar. Bəzi avtobuslarda quraşdırılmışları söküb atdılar. Yeni avtobuslarda, ümumiyyətlə, olmadı. Yenidənqurma tədbirləri zamanı kabellər sökülüb atıldı. İndiki halda onların mövcudluğu bir problemdir. Hər şey rəqəmsallaşıb. İnternet vasitəsilə kabellər olmadan məlumatlar ötürülür.

İctimai nəqliyyatda saysız hesabsız problem var. Bu onlardan sadəcə biridir. Bu problemlərin hər birini həll etmək lazımdır. Məsələn, köhnə, yararsız ictimai nəqliyyat vasitələri, sürücülük hüququ olmayan şəxsə avtobus verilməsi və s. kimi problemlər mövcuddur. Bunların yanında monitor məsələsi balacadır. Bu problemlər qaldığı halda sözügedən məsələni həll etmək mümkün deyil. Kompleks işlər görülməlidir”.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO