Bakıda sürücülər yolun ortasında maşından düşüb dava etdilər (Video izlə)

Paytaxtın Mikayıl Üseynov küçəsində iki sürücü arasında mübahisə yaranıb. 

10-NE-111 dövlət nömrə nişanlı, “Audi” markalı avtomobilin sürücüsü ən sol zolaqdan “Dalğa Plaza”nın parkinqinə daxil olamaq üçün dönmə edir. Bu zaman isə digər sürcülərin yolunu kəsir. Buna etiraz edən “Toyota” markalı avtomobilin sürücüsü isə onunla mübahisə edir. 

Qeyd edək ki, adıçəkilən ərazidə vəziyyət xüsusilə pik vaxtlarda acınacaqlı olur. Belə ki, sürücülər bütün zolaqları zəbt edərək parkinqə girmək istəyir. Bu da uzun tıxaclara səbəb olur. 

Videonu təqdim edirik:

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO