Bakıda strateji əhəmiyyətli obyektlərə ziyan vuranlar ələ keçdilər – FOTO/VİDEO

Qaradağ rayonunda strateji əhəmiyyətli obyektləri elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər. Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. 

Faktlarla bağlı toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Qaradağ Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO