Bakıda səfərdə olan Əli Şamxani İlham Əliyevlə görüşüb

QafqazTimes xəbər verir ki, Bakıda səfərdə olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ötən gün səhər saatlarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Bu görüşdə Şamxani iki dost və qardaş ölkə İran və Azərbaycan Respublikası arasında əlaqələrin əhəmiyyətini vurğulayıb.
Şamxani Azərbaycan prezidentinə müraciət edərək deyib: “Bizim ötən 30 ildə Azərbaycan Respublikası ilə çox yaxşı əməkdaşlığımız olub ki, mərhum atanız Heydər Əliyev bu əlaqələri və əməkdaşlığı həmişə müsbət qarşılayıb və bunun genişləndirilməsini təkid edib.”

O, əlavə etdi: “Sizin fəaliyyətiniz dövründə də iki ölkə arasında əlaqələr yaxşı vəziyyətdədir və biz əminik ki, iki ölkə liderlərinin diqqəti və səyləri ilə bu əlaqələr əla səviyyəyə yüksələcək.”

Şamxani iki xalqın tarixi, mədəni və dini bağlarını danılmaz adlandıraraq belə vurğulayıb: “İki ölkə bu ortaq irsin dünyaya tanıdılması üçün qarşılıqlı etimad mühitində çalışmalıdır.”

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi İslam Respublikasının iki ölkə arasında münasibətləri pozmağa çalışanlarla mübarizədə qətiyyətli olduğunu vurğulayaraq deyib: “Bir-birimizin köməyi ilə heç bir amilin bizim aramızda fasilə yaratmasına imkan verməməliyik.”

Şəmxani sonda deyib: “Ümidvaram ki, sizin Tehrana qarşıdakı səfərinizdə iki ölkənin birgə səyləri ilə iki ölkə arasında münasibətlərdə sıçrayışın formalaşması üçün zəmin yaradılacaqdır.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri