Bakıda qeyri-adi olay: Nişanın başına torba keçirib sürücüləri cərimələdilər – FOTO

Bakıda dayanma-durmanın müvəqqəti qadağan olunduğu ərazidə “Hyundadi” markalı, 77-PE-263 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə cərimə yazılıb. Bu barədə sürücü bildirib ki, iyunun 19-da Mehdi Hüseyn küçəsində avtomobili park etdiyi üçün ona cərimə yazılıb. Cərimənin qanunsuz olduğunu iddia edən sürücü bildirib ki, həmin ərazidə dayanma-durmanı qadağan edən nişan olsa da, üzərindəki əlavə məlumat lövhəciyində bu qadağanın iyunun 14-dək qüvvədə olduğu qeyd olunur. Amma nədənsə yol polisi həmin lövhəciyin üzərinə qara torba keçirərək nişanı əsas tutub cərimə yazıb. Sonradan isə sürücü həmin ərazidən foto çəkib və məlum olub ki, lövhəciyin üzərindəki qara torba yoxdur. Sürücü iddia edir ki, görünür, əməkdaş cərimə yazanda torbanı nişanın üzərinə keçirib, sonra isə götürüb.

Lakin Formula-1 yarışlarına görə dayanma-durma qadağan edildiyi üçün hazırda həmin nişanın heç bir qüvvəsi ola bilməz. Birincisi, yarış bitən kimi müvəqqəti nişanlar oradan götürülməli idi. İkincisi isə əgər qadağa davam edəcəkdisə, o zaman DYP və BNA birlikdə qərar qəbul edərək Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət etməli idi. Komissiya uyğun bildikdə orada dayanma-durmanı qadağan edən nişan qoyula və yaxud, müvəqqəti nişan daimi xarakter daşıya bilər. Bir şərtlə ki, əlavə məlumat lövhəciyi də götürülsün. Ola bilər ki, əlavə məlumat lövhəciyi başqasıyla əvəz olunsun. Məsələn, hansı günlərdə, hansı saatlarda dayanma-durma qadağandır lövhəciyini qoymaq daha məntiqli olardı.

Related posts

Neftçalada icra başçısının qəbulunda kəllə atan şəxs həbs edildi – FOTO

“Sədərək” Ticarət Mərkəzində yanğın – VİDEO

Qubaya sel gəldi, dolu yağdı – VİDEO