Bakıda qadın insanların gözü önündə maşını görün nə hala saldı – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında Hövsanda baş verən insidentlə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.

Araşdırmalarla məlum olub ki, 1983-ci il təvəllüdlü qadın dörd il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan “Mercedes-Benz” markalı avtomobilin ön və yan şüşəsini küt alətlə sındıraraq ehtiyat hissələrini yarasız hala salıb.

Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.

14:46

Suraxanı rayonunda qadın məhəllələrin birində park edilən maşını daşla əzib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Belə ki, hadisə gecə saatlarında Hövsan qəsəbəsində qeydə alınıb. 

İddia edilib ki, qadın onu şantaj edən şəxsin maşınına zərər verib.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO