Bakıda polisləri bıçaqlayan şəxs öldürüldü – FOTO

SON DƏQİQƏ: Bakıda polisləri bıçaqlayan Babayev məhv edildi.

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

DİN açıqlamasında deyilir ki, “Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb”.

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı. 

Related posts

ABŞ-ın əsil siması

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir