Bakıda “parkovşik” sürücüyə hücum etdi (Video izlə)

Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahisə yaşanıb.

İddialara görə, “Opel” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yer üçün ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib.

Belə ki, “nəzarətçi” hətta zərbə endirmək məqsədilə stulu götürərək avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini dartaraq zədələyib.

Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində heç bir ödəniş edilməməli olduğunu bildirib.

Qeyd edək ki, Bakı şəhərində hələlik rəsmi olaraq parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb.

Related posts

Əli Əsədov və Ceyhun Bayramov İran İslam Respublikasına gedib -VİDEO

Bakıda avtomobil qatar yoluna aşdı – RƏSMİ AÇIQLAMA + VİDEO

Bakıda 62 illik körpüdən geriyə qalanlar – VİDEO