Bakıda minik avtomobili “TIR”la toqquşdu- sürücünün qulağından qan gəldi (Video izlə)

Bakının Qaradağ rayonu ərazisində yol qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, “Volkswagen” markalı, 99 NE 857 dövlət nömrə nişanlı minik avtomobili dairəvi hərəkət təşkil olunmuş ərazidə 10 ZJ 086 dövlət nömrə nişanlı TIR-la toqquşub. Hadisə – “Binəqədi Aqrovest”in qarşısında – “Binə” TM-dən “Sədərək” TM-ə gedən yolda qeydə alınıb. 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb, qulağından qan gəlib. Əraziyə gələn polis əməkdaşları və digər vətəndaşlar ona ilkin tibbi yardım göstərib. Daha sonra yaralı xəstəxanaya çatdırılıb.

Şahidlər bildirir ki, həmin ərazidə qəzalar tez-tez baş verir. Çünki hərəkətin təşkilində problem var.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO