Ankara və Təl-Əvivin Suriyada ortaq maraqları

QafqazTimes xəbər verir ki, siyasi analitiklər hesab edirlər ki, Türkiyə və sionist rejimin Suriyaya təcavüzü koordinasiya edilib və hər iki tərəf Rusiyanın Ukrayna müharibəsində iştirakından maksimum yararlanmağa çalışır.

Siyasi analitiklər hesab edirlər ki, Türkiyə ilə sionist rejim arasındakı münasibətlər təkcə Suriya ilə məhdudlaşmır və bu qarşılıqlı əlaqə iki tərəf arasında münasibətlərin yarandığı tarixdən başlayır. O vaxtdan bəri hər iki tərəfin rəsmiləri gizli görüşlər keçirərək ümumi məqsədlər istiqamətində hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq ediblər və bu arada Suriya həmişə ortaq məqsəd olub.

Bəzi analitiklərin rəyinə görə sionist rejimin müntəzəm hücumlarının Türkiyə və ya başqa bir ölkə ilə heç bir əlaqəsi yoxdur, bu rejimin əsas məqsədi Suriya ilə qarşıdurma yaratmaqdır. Məhz buna görə də rejimin Suriyaya hərbi yanaşması bir neçə aspektdə Ərdoğanın bu ölkə ilə bağlı siyasətinə uyğun gəlmir. Lakin bu analitiklərin fikrincə, Suriya ərazisinə tamahkarlıq Ankara ilə Təl-Əviv arasında ortaq cəhətlərdir.

Yazıçılar və siyasi analitiklər hesab edirlər ki, Türkiyənin təhlükəsi sionist rejimin təhlükəsindən qat-qat böyükdür, çünki işğalçı rejim düşməndir və həmişə müharibədə halındadır və onun xəbisliyi və düşmənçiliyi heç kimdən gizli deyildir. Türkiyə isə İsrail rəsmiləri ilə görüşməsinə baxmayaraq özünü İslam ölkəsi və Fələstin davasının tərəfdarı hesab edir. Elə məhz bu Türkiyənin daha təhlükəli olmasına bir səbəbdir.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

İsraillə dostluq baha başa gəlir