Bakıda metro yaxınlığındakı yanğın belə söndürüldü (Video izlə)

Bakının “Ulduz” metro stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 13:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda “Ulduz” metro stansiyasının yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, ümumi sahəsi 800 kvadratmetr olan beton konstruksiyadan ibarət talvarın altında yerləşən yüngül metalların presləmə sexində tullantılar və bitum qalıqları yanır.

Yanğınsöndürənlər tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 50 kvadratmetr sahədə metal tullantıları və bitum qalıqları yanıb.

Yanğından sex və dəzgahlar mühafizə olunub.

Related posts

Xalqa xidmət yolunda şəhadət

Azərbaycanda günəbaxan tumu firmasının paketinin içindən siqaret kötüyü çıxdı – VİDEO

Bakıda tıxacdan çıxmaq üçün qeyri-adi üsul seçən sürücü cəzalandırıldı – FOTO/VİDEO