Bakıda fəhlə faciəli şəkildə ölüb.
Bununla bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 18-i 1968-ci il təvəllüdlü Arazxan Xankişiyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırma zamanı A.Xankişiyevin Yasamal rayonu ərazisində inşa olunan “Dream Tower” yaşayış kompleksində fəhlə kimi işləyərkən liftin şaxtasına yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.