Bakıda küçədə gedən qadına tərbiyəsizlik edildi (Video izlə)

Sosial şəbəkələrdə yayılan bu video geniş müzakirələr səbəb olub. Belə ki, sürücü səki ilə gedən qadına qarşı qeyri-etik hərəkətlər edir, təkidlə ondan maşına oturmasını istəyir. Qadın baş verənlərə məhəl qoymasa da, sürücü əl çəkmir.

Videoya yazılan rəylərdə də vətəndaşlar, qadınlara qarşı bu cür psixoloji təzyiqlərin olmasını utanverici hal kimi qiymətləndirirlər.

Bəs görəsən vətəndaşlar bu kimi halların baş verməsinin səbəbini nədə görürlər?

Bəs bu cür hallar hansısa hüquqi məsuliyyət yaradırmı? “Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayevin sözlərinə görə, vətəndaşların istirahətini pozmaq, onları zorla maşına dəvət etmək və s. hərəkətlər qeyri-etikdir və bu kimi hallardan narahat olan şəxs hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər: “İnzibati xətalar” Məcəlləsinin  510-cu maddəsinə əsasən, xırda xuliqanlıq edib qanunu pozan şəxs 15 gün müddətində həbs oluna bilər. Bu zaman ərzində isə həmin əməl araşdırılmalı, ona hüququ qiymət verilməlidir”.

Hüquqşünasın sözlərinə görə, bu kimi hadisələr daha dəhşətli hal alarsa, məsələn, adam oğurluğu faktı baş verərsə, hadisəni törədən şəxs Cinayət məcəlləsinin 144.1ci maddəsinı görə, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO