Bakıda işgəncə verilən 90 yaşlı qadının oğlu görün nələr DANIŞDI (Video izlə)

Bakıda 90 yaşlı ananın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qoyulduğu videonu 44 günlük Vətən Müharibəsi qazisi Ziya Abbasovun çəkdiyi iddia olunur. Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir.

Polis şöbəsinə çağırılan Əkbər Abbasov videonun oğlu Ziya tərəfindən çəkildiyini və anlaşılmazlıq olduğunu deyib:

“Video oğlum Ziya və yoldaşım Kəmalə tərəfindən çəkilib. Yoldaşımla bacımın münasibəti yaxşı deyil. Bacım Naxçıvanda yaşayır. Bacım yoldaşıma “Anama yaxşı baxmırsan” dediyi üçün yoldaşım videonu çəkib atıb”.

Onun sözlərinə görə, anası hazırda bacısının yanında Naxçıvandadır:

“Video 6-7 ay qabaq çəkilib. Anam Naxçıvandadır, gətirəcəm yanıma. Hazırda münasibət pisləşdiyi üçün videonu qəsdən yayıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı danışıb. O bildirib ki, görüntülər 6-7 ay əvvəl çəkilib: “Hazırda yaşlı qadın Naxçıvanda qızının yanında yaşayır”. E.Hacıyev əlavə edib ki, qadının oğlu və gəlini polis bölməsinə dəvət olunub: “Görüntülər ailədə münasibətlər pozulduğu üçün indi yayılıb. Hazırda aidiyyəti üzrə polis orqanlarında araşdırma davam edir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı hərəkətə keçib. Bu barədə qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat verib. O, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.

Related posts

Bakıda 62 illik körpüdən geriyə qalanlar – VİDEO

Ağrıdan qıvrılan şəxsə poliklinika əməkdaşları niyə kömək etməyiblər? – VİDEO

İlham Əliyev İranın Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi -VİDEO