Bakıda direktorun şagirdlərə qarşı bu hərəkətlərindən sonra araşdırma başladı (Video izlə)

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Bu barədə idarədən bildirilib.
Qurumdan qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:
“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Xatırladaq ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. 
Onun bu hərəkəti kameraya düşüb. 
Həmin görüntüləri təqdim edirik: 

Related posts

Qəzza…

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO