Bakıda dava: ölümcül döydülər, qan su yerinə axdı (Video izlə)

Bakıda küçənin ortasında kişi ölümcül döyülüb. 

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. 

Belə ki, hadisə Nəsimi rayonu üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, hadisə gecə saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb:

“Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.

Qeyd edək ki, döyülən şəxs ölməyib. O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. 

Related posts

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO

Azərbaycan çempionatında maraqlı hadisə: Qapıdan qapıya qol – VİDEO