Bakıda küçənin ortasında kişi ölümcül döyülüb.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, hadisə Nəsimi rayonu üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, hadisə gecə saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb:
“Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.
Qeyd edək ki, döyülən şəxs ölməyib. O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.