Bakıda dəhşət – Qatar gənc oğlanı iki yerə böldü

“Azərbaycan Dəmir Yolları” QSC Bakıda baş vermiş dəhşətli ölüm hadisəsi ilə bağlı açıqlama verib.

QSC-dən bildirilib ki, dekabrın 14-də saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:

“Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib.

İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir