Bakıda DƏHŞƏT – Çoxmərtəbəli binanın lifti qırıldı: Yaralılar var

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radələrində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib.

Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan dörd qadın və iki azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Related posts

Hövsanda dəhşətli qəza: İki “Mercedes-Benz” toqquşdu – VİDEO

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO

Yəhudilər Qəzzada döyüşdən qaçır…