Bakıda cərimədən yayınmaq üçün görün nə etdilər (Video izlə)

Bakıda avtomobili qadağan olunmuş yerdə park edən sürücülər cərimədən yayınmaq üçün kütləvi şəkildə qəribə üsula əl atıblar.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu cür hallarla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Baş Dövlət Yol Polisinə məlumat verilir:

“Həmin vaxt əməkdaşlar əraziyə yaxınlaşır və sürücülərin qadağan olunmuş yerlərdə cərimədən yayınmaq üçün nömrə gizlədilməsi ilə bağlı cərimə tətbiq edilir.

Həmin şəxslər bunu edirlər ki, 18-20 manatdan yayınsınlar. Amma onlar daha ağır cəriməyə bərabər tutulan qayda pozuntusu edirlər”.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO