Bakıda axtarışda olan şəxs dayanacaqda qadını qətlə yetirmək istədi (Video izlə)

Bakıda qadının qətlə yetirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə polis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Related posts

Avtomobilin sükanını ayağı ilə idarə etdi, HƏBS EDİLDİ – VİDEO

Göygölə güclü yağışdan sonra dolu düşdü

Gecə Bakıda baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ – VİDEO