Bakıda avtomobili tərsinə sürən şəxs cəzalandırıldı – YENİLƏNİB + ANBAAN VİDEO

Bakının mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, VAZ-21099 markalı avtomobili geriyə idarə edən sürücü barəsində protokol tərtib edilib. 

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib ki, VAZ-21099 markalı 24-BD-091 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zaidov Azad Ziyadxan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilib və 100 manat (4 bal) məbləğində cərimə olunub.

09:32

Bakıda daha bir sürücü avtomobilini nəqliyyat vasitələrinin axını istiqamətində, amma geriyə idarə edib. 

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.

Sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. 

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO