Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Gecə saatlarında Bakıda baş verən qəzanın görüntüləri yayılıb. 

Bununla bağlı videonu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paylaşıb. 

Qəza 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınıb. 

Hadisə zamanı minik avtomobili işıqfora çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə və yol təsərrüfatına ciddi ziyan dəyib. 

“Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin işıqforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur”, – qurumdan bildirilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir