Bakıda avtomobilə od vurub yandırdılar – FOTO

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Belə ki, Xətai prospekti, 16 ünvanında VAZ-21011 alovlanmağa başlayıb.

Hadisə yerinə FHN-in DYMX-nin əməkdaşları gəliblər. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs aşkarlanaraq Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə şahidlərinin dediyinə görə, həmin şəxs tüfeyli həyat tərzi keçirib. Hər gün avtomobildə özünə sığınacaq seçib.

Nərimanov Rayon Polis İdarəsinjn əməkdaşları hadisə yerinə cəlb olunublar. Maşın sahibinin izahatı alınıb. Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı yanıq xəsarətləri alan şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO