Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşması ilə nəticələnən zəncirvari qəzanın görüntüləri yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna da zərər dəyib.

10:28

Paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

09:58

“Rəşid Behbudov küçəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb”. 

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. 

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə T. Nəsirli bildirib.

Related posts

Azərbaycanda günəbaxan tumu firmasının paketinin içindən siqaret kötüyü çıxdı – VİDEO

Bakıda tıxacdan çıxmaq üçün qeyri-adi üsul seçən sürücü cəzalandırıldı – FOTO/VİDEO

İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi – VİDEO