Bakıda 12 yaşlı məktəbli özünü binadan ataraq intihar etdi – FOTO

Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib.

Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən “Piramida MTK”ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir