Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, yaralılar var (Video izlə)

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

Hadisə səhər saatlarında Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində, Abşeron Gənclər Şəhərciyinin yaxınlığında baş verib.

“Mercedes”, BMW, “Nissan” və digər markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb. İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO