Bakı-Qazax yolunda burulğan sürücüləri çətin vəziyyətə saldı (Video izlə)

Güclü külək Bakı-Qazax-Gürcüstan magistral yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.

Sözügedən magistralın 19-cu kilometrliyində lentə alınan videogörüntülərdə güclü küləyin torpağın üst qatını sovuraraq görmə məsafəsini pisləşdirdiyi görünür. 

Bəs güclü küləklə müşahidə edilən hava şəraiti nə qədər davam edəcək?

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin martın 30-u saat 15:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunub, əsasən yağmursuz keçib:

“Qərb küləyi Naftalanda 35 m/s, Tərtər, Ağdam, Bərdədə 28 m/s,  Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, Göyçay, Zərdab, Yardımlı, Neftçala, Beyləqan, Şəmkirdə 20 m/s, Göytəpə, Mingəçevirdə 19 m/s, Yevlax, Ağstafa, Tovuzda 18 m/s, Ordubadda 15 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. 

Yaxın saatlarda küləyin maksimal sürəti 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi, küləyin maksimal sürətinin 30-u axşam, 31-də gecə və səhər arabir 32-35 m/s-dək çatacağı gözlənilir. Aprelin 01-i gündüz saatlarından tədricən mülayimləşəcək”

Həmin görüntüləri təqdim edirik:

Related posts

Bakıda 62 illik körpüdən geriyə qalanlar – VİDEO

Ağrıdan qıvrılan şəxsə poliklinika əməkdaşları niyə kömək etməyiblər? – VİDEO

İlham Əliyev İranın Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi -VİDEO