Bakı metrosunda sərnişinin halı pisləşdi – AÇIQLAMA + FOTO

Bakı metropoliteninin “28 May” stansiyasında sərnişinlərdən birinin halı pisləşib.

Kişi sərnişin metropoliten işçiləri tərəfindən oturacağa uzadılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəstəyə tibbi yardım göstərilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, 63 yaşlı sərnişinin ürək-damar sistemində problem var, bu səbəbdən halı pisləşib:

“Metropoliten əməkdaşları xəbər tutan kimi yaxınlaşıb ilkin yardım göstəriblər. Həmçinin dərhal təcili tibbi yardım xidməti çağırılıb, onlar da tibbi yardım göstəriblər. Hazırda vəziyyəti normaldır”. 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir