Bakı Hava Limanında maşın alışıb yandı (Video izlə)

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında “Opel Astra” markalı minik avtomobilində yanğın baş verib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Yanan avtomobil hava limanının qarşısındakı parkinqdə olub.

Ətrafdakılar alovlanan maşına müdaxilə etsələr də, nəqliyyat vasitəsini söndürməyə müvəffəq ola bilməyiblər. Yanğın digər maşınlara da zərər vurub. Belə ki, yaxınlıqda olan “Mercedes-Benz”, “Hyundai” və “Mazda” markalı maşınlar zərər görüb. 

AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO