Bahalı nömrəli avtomobilin sürücüsü yol polisinin qarşısında qaydaları heçə saydı (Video izlə)

Bakı şəhərində sürücü qaydaları kobud şəkildə pozub. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 10-MM-100 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin sürücüsü Dövlət Yol Polisi İdarəsinin əməkdaşının yanında 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, qarşı hərəkət zolağına çıxıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirilib ki, yayılan video ilə bağlı tədbir görülüb:

“Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə 100 manat 4 bal cərimə olunub”.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO