Bağdad hava limanında izdihamlı mərasim

Ötən gecə Bağdadın Beynəlxalq Hava Limanında şəhid Qasim Süleymani və Əbu Məhdi Mühəndisin şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib.

Fars İnformasiya Agentliyinin İraq mediaları minlərlə vətəndaşın iştirakı ilə general Qasim Süleymani və Əbu Məhdi Mühəndisin şəhadətinin üçüncü ildönümü münasibətilə keçirilən anım mərasimini işıqlandırdırırıb.

Bu xəbərə əsasən, bu mərasimdə İŞİD-ı məhvə uğradan komandanların şəhadətinin üçüncü  ildönümü münasibətilə yüz minlərlə vətəndaş və İraq Xalq Könüllüləri Həşdüş-Şəəbi Təşkilatının qüvvələri iştirak ediblər.

İraq Xalq Könüllüləri Həşdüş-Şəəbi Təşkilatının qüvvələri şəhid general Qasim Süleymani və Əbu Məhdi Mühəndisin büstü yaxınlığında təntənəli surətdə o əziz şəhidləri yad ediblər.

Qeyd edək ki, İraq xalqı və mərasimdə iştirak edənlərin təhlükəsizliyinin təmini məqsədilə mərasim məkanı və Bağdadın beynəlalq hava limanı girişlərdə patrul-yoxlama postları qurulub.

Bağdadın Vasit, Əl-dəvaniyyə, Əl-müsənna, Ziqar, babul. Dəyali. Bəsrə və Kərbəla vilayətlərində bəzi dövlət orqanlarından başqa Qələbə komandanlarının şəhadətinin ildönümü münasibətilə tətil elan olunub.

Xatırladaq ki, Yanvar ayının 3-cü günü İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Qüds qüvvəsinin Komandiri Qasim Süleymani və İraq Xalq Könüllüləri Həşdüş-Şəəbi Təşkilatının komandan müavini Əbu Məhdi Mühəndisin şəhadət günüdür.

Bu mərasimdən olan fotosessiyanı sizə təqdim edirik.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…