Bəzi izədi qadınlar hələ də İŞİD əsirliyindədirlər

Qafqaztimes xəbər verir ki, New York Times yazıb: “İŞİD tərəfindən İzədi qadınların kütləvi şəkildə oğurlanmasından yeddi il keçməsinə baxmayaraq, bu iraqlı dini azlıqların 3 min üzvünün taleyini hələ də bəlli deyildir.”

Qəzetin yazdığına görə, bu insanların əksəriyyətinin öldürüldüyü ehtimal edilsə də, yüzlərlə insanın hələ də sağ olduğu, Suriyada və ya Türkiyədə İŞİD-in əsiri olduğu düşünülür.

Hesabatın digər bir hissəsində bu insanların bəzilərinin ailələrinin onların harada olduqlarını bildikləri hətta onlarla və ya onları qaçıranlarla əlaqə saxladıqları, ancaq sərbəst buraxılmaları üçün maddi dəstəyə, ölkələrin himayə və diqqətinə ehtiyac olduğu vurğulanır. Artıq İŞİD tərəfindən əsir götürülən İzədi uşaqları öz kimliyini belə unutmaqdadırlar.

Qeyd etmək yerinə düşər ki, İŞİD İraq və Suriyanın bəzi bölgələrində hökumət elan etdikdən sonra İzədi tayfasına qarşı genişmiqyaslı soyqırım həyata keçirmiş, bir neçə gün ərzində onlardan 3 mindən çoxunu qətlə yetirmiş və əksəriyyəti gənc qadın və qızlardan ibarət 6000 nəfəri köləliyə götürmüşdür.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…