Bəşar Əsədlə görüşündə Putinin Ərdoğana mesajı

Qafqaztimes xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşü xəbəri dünya və bölgə mediasında geniş yayıldı.

Türkiyə mətbuatının Putin-Əsəd görüşü xəbərinə necə toxunması isə xüsusi əhəmiyyət kəsb edir, çünki Türkiyə hər zaman Suriya məsələsində münaqişə tərəflərindən olub və bu ölkədə baş verən hər hansı bir hadisə Ankara siyasi analitikləri və mütəxəssisləri tərəfindən izlənilir.

Türkiyə mətbuatı hesab edir ki, Vladimir Putinin Bəşər Əsədlə görüşü zamanı söylədiyi fikirlər Moskvanın son mövqeyini və Putinin Suriya məsələsində Ərdoğanın siyasətinə qarşı çıxmasını ehtiva edir.

Türkiyə qəzetlərinin əksəriyyəti Əsədin Moskva ziyarəti və Putinlə görüş xəbərini ön səhifədə işıqlandıraraq bunu vacib hadisə adlandırmışlar.

Türkiyə mətbuatı Putinin səsləndirdiyi bəzi fikirləri Türkiyəyə qarşı açıq mesaj hesab etmişdir. Qeyd edək ki, Vladimir Putin Bəşar Əsədlə görüşdə Suriyanın problemləri barədə danışarkən deyib: “Birləşmiş Millətlər Təşkilatının nəzarəti xaricində və rəsmi Suriya hökumətinin iradəsi və dəvəti xaricində bu ölkədə olan hər hansı bir xarici qüvvə Suriyanı tərk etməlidir.”

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…