QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Hacı Qasim Süleymaninin şəhadətinin ildönümündə Suriya prezidenti Bəşar Əsəd deyib: “Bu şəhid vətən və insanlıq üçün fədakarlıq, canfəşanlıq toxumu səpdi.”
Əl-Aləm xəbər telekanalına görə Əsəd deyib: “Şəhid Qasim Süleymani hər missiyası zamanı ABŞ-ın təfriqəçi və fitnəçi strategiyasının əsaslarını məhv etməyə çalışdı.”
Şəhid Süleymaninin Vaşinqton və onun bölgədəki müttəfiqlərinin maraqlarına təhlükə olduğunu qeyd edən Bəşar Əsəd belə qeyd edib: “Şəhid Süleymani dediklərinə əməl edirdi. Şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndis düşmənlərlə mübarizənin təməl daşı idilər”.
Düşmənlərin Şəhid Süleymani modelinin bölgədə və dünyada yayılmasından qorxduğuna diqqət çəkən Suriya prezidenti belə əlavə edib: “Şəhid Süleymaninin müjdə verdiyi əxlaqi və azadlıqsevər dünyada heç kim satın alına bilməz.”