Bəhreyndə etiraz aksiyaları

QafqazTimes xəbər verir ki, Bəhreynin müxtəlif şəhər və qəsəbələri fevralın 14-də inqilabın başlanmasının 11-ci ildönümü münasibətilə və sionist rejimin baş nazirinin Bəhreynə səfərini pisləyən kütləvi etirazların şahidi olub.

Aria Xəbər Agentliyinin məlumatına görə, Bəhreynin bir çox şəhər və qəsəbələri bu gün və dünən 2011-ci il fevralın 14-də Bəhreyn inqilabının başlanmasının 11-ci ildönümü münasibəti ilə “Həqiqət yolunda vəhdət” vahid şüarı ilə kütləvi nümayişlər və dinc yürüşlərə şahidlik edib.

Nümayişçilər Bəhreyndə hakim rejim əleyhinə şüarlar səsləndirərək və İsrail baş nazirinin ölkələrinə səfərini pisləyərək, siyasi məhbusların azad edilməsini, millətin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini, ədalət və bərabərliyə nail olmaq üçün siyasi sistemin qurulmasını istəyiblər.

Manama, Əl-Musəlla, Bəni Cəmra, Əl-Diyə, Cədd Həfs və Əl-Sənabis şəhərlərində də nümayişçilər Bəhreyn inqilabı şəhidlərinin qanıyla əhdlərini yeniləyərək, 14 fevral inqilabının hədəflərinə və qanuni siyasi hüquqlarına sadiq olduqlarını bir daha vurğulayıblar.

Bu arada, çoxlu sayda Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri etirazların keçirildiyi ərazilərin əksəriyyətində yerləşdirilmiş və vəziyyətə ciddi nəzarət etmişdir.

Bəhreynli müxalifət qruplarının dəvəti ilə etirazçılar ötən gecə şəhər və kəndlərin əsas küçələrində təkər yandıraraq, dükanları bağlayaraq və işıqları söndürməklə dinc aksiya nümayiş etdiriblər.

Eləcə də şəhid və siyasi məhbus ailələri də öz evlərinin qarşısında şam yandıraraq, Bəhreyn xalqının inqilab yolunu öz ali hədəflərinə çatana qədər davam etdirməkdə təkid ediblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya