Bəhreyn rəsmisi Təl-Əviv səfiri ilə görüşmədiyinə görə işdən çıxarıldı

QafqazTimes xəbər verir ki, ərəb media mənbələri Bəhreyn kralının sionist rejimlə münasibətlərin normallaşmasına həvəsləndirmək və dəstəkləmək üçün son addımlarından xəbər veriblər.

“Rəy əl Yovm” qəzetinin məlumatına görə, Bəhreyn kralı iyulun 21-də bu ölkənin Mədəniyyət və Tarixi Əsərlər İdarəsinin rəhbəri Mey binti Məhəmməd Ali Xəlifəni vəzifəsindən azad edərək, Xəlifə bin Əhməd bin Abdullah Əl Xəlifəni onun yerinə təyin edib.

Bu məlumatda bildirilir ki, Bəhreynin keçmiş mədəniyyət naziri Mey Bint Məhəmməd Ali Xəlifə 20 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərmiş və həmişə mübahisəli şəxs olmuşdur. Bildirilir ki, o, Ali-Xəlifə ailəsinin üzvü olmasına baxmayaraq, bu işdən azad edilməsinə səbəb onun Amerika səfirinin evində keçirilən mərasimdə sionist rejimin Bəhreyndəki səfiri ilə əl sıxmaqdan imtina etməsi olub.

Macəra ondan ibarətdir ki, iyulun 16-da Amerikanın Bəhreyndəki səfiri Stiven Bundi atasının vəfatı ilə bağlı dəfn mərasimi keçirmiş və bu mərasimdə bəzi səfirlər və rəsmilər, o cümlədən sionist rejimin Bəhreyndəki səfiri Eitan Naye və Mey binti Məhəmməd də iştirak etmişlər.

Bu mərasimdə qonaqları Mədəniyyət və Tarixi Əsərlər İdarəsinin rəisinə təqdim etməyə məsul olan şəxs qonaqları bir bir təqdim etdikdən sonra Mey bint Məhəmməd qonaqların hər biri ilə əllə görüşmüşdür. Növbə İsrail səfirinə yetişdikdə Mey onun sionist səfiri olduğunu bildikdən sonra onunla əl tutmaqdan imtina etmiş və mərasim keçirilən evi tərk etmişdir. Amerika səfiri isə bu bəhreyn rəsmisinin yas mərasimindən heç bir görüntüsünün yayılmamasını göstəriş vermişdir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?