Bəhreyn həbsxanalarında işgəncə davam edir

Media mənbələri Bəhreynin mərkəzi həbsxanası sayılan “Cəvv” zindanında son günlərdə 14 məhbusa qarşı həddən artıq işgəncə verildiyindən xəbər verirlər.

Fars İnformasiya Agentliyinin “Əl-Minara” istinadən verdiyi məlumata əsasən, həbsxanadakı mötəbər mənbələr məhbuslarla pis rəftar edir və baş nahiyəsindən vuraraq fiziki zor nümayiş etdirirlər. Həmçinin təhqiramiz axtarış üslubları, keyfiyyətsiz yemək, döyülmə və işgəncə faktları məhbusların etiraz etdiyi əsas məsələlərdir.

Məlumatlı mənbə bu xəbərin daxili və xarici hüquqi orqanlar və medialar tərəfindən işıqlandırılacağına ümid edərək deyib ki, bəlkə bu məsələ beynəlxalq təşkilatların diqqətinə səbəb olub, zorakılığa qarşı tədbirlər görərlər.

Qeyd edək ki, 2011-ci ildən bu günə kimi Ali-Xəlifə rejimi Bəhreyndə bir çox siyasi müxalifət qüvvələri,  milli-islami “Əl-Vifaq” Cəmiyyətinin baş katibi  Şeyx Əli Salman başda olmaqla  hüquq aktivistlərini həbs edib. Beynəlalq hüquq təşkilatlarının etirazı və tələbinə baxmayaraq, siyasi məhbusların azadlığı təmin olunmayıb.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək