Bəhreyn əqidə məhbusları yenə etiraz edir

Bəhreyndə əqidə məhbusları bir daha həbsxanalarda acınacaqlı vəziyyətin yaxşılaşdırılması, minimum insan hüquqlarının bərpa edilməsini tələb edirlər.

Əl-Aləm telekanalının məlumatına əsasən, seyid Əhməd Əl-Vadədi  twitter hesabında BBC xəbərini yayımlayaraq yazıb: Bəhreyndə siyasi məhbuslar yenə də həbsxanadakı pis vəziyyətin yaxşılaşdırılmasını istəyirlər.

Əhməd Əl-Vadədinin yazdığına görə Bəhreyn həbsxanalarında siyasi və əqidə məhbuslarının cümə namazına icazə verilmir və camaat namazı ləğv edilib.

Əl-Aləm yazır: Bəhreynin Milli Vifaq Cəmiyyəti də yanvarın 18-də belə bir twit yazaraq xalqdan siyasi məhbuslarla həmrəylik və onlara dəstək məqsədi ilə “Məzlumların Fəryadı” adlı onlayn kompaniyaya qoşulmağa dəvət etmiş, yanvarın 14-də mərkəzi zindanda minimum insan haqlarının bərpası tələbi ilə 162 siyasi məhbusun da imzaladığı ərizəni ölkə rejiminə təqdimindən xəbər vermişdi.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır