BƏƏ-də israilli qadın ölüm cəzasına məhkum edilib

QafqazTimes xəbər verir ki, BƏƏ Cinayət Məhkəməsi dünən (çərşənbə axşamı) yarım kiloqram kokainlə saxlandığı üçün İsrail vətəndaşını ölüm cəzasına məhkum edib.

Əl-Xəlic Online saytının məlumatına görə, Əmirlik agentləri bu qədər kokaini keçən il Fida Keyvan adlı 43 yaşlı qadının evindən aşkar ediblər. Eyni zamanda sionist rejimin mediası onun işkəncə ilə etiraf etdiyini təlqin etməyə çalışır.

Onun vəkili bildirib ki, o, 30 gün ərzində qərardan apellyasiya şikayəti verəcək və qərarın ləğvi üçün Təl-Əviv və digər rəsmilərdən kömək istəyəcək. İsrail Xarici İşlər Nazirliyi də bu məsələdən xəbərdar olduğunu bildirib.

2019-cu ildə Rusiyada sionist və Amerika vətəndaşı olan Nima Yasxar adlı bir qadın da narkotik vasitələrin daşınması və saxlanması ittihamı ilə edama məhkum edilmişdi. Lakin bu şəxs Netanyahunun müdaxiləsi ilə sonda azad olunmuşdur.

Fida Keyvanın vəkili bir müsahibədə Təl-Əviv rəsmilərini və ibranidilli medianı Nima Yasxar üçün atılan addımları, onun müvəkkili üçün də etməyə çağırıb.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…