AzTV-də xidmət edən polis intihar edib? – YENİ RƏİS GƏLƏNDƏN SONRA

Yanvarın 8-də AzTV-də özünü xidməti silahla vuran polis Yasin İnqilabzadənin ölümü ilə bağlı bəzi detallar məlum olub. İlkin məlumatda polisin özünü ehtiyatsızlıqdan vurduğu deyilsə də, sonradan onun intihar etdiyi haqda iddialar yayılıb.

Polis kiçik serjantı Y.İnqilabzadənin şəxsi münasibətlərinə görə yaşadığı problemlə bağlı özünü vurduğu bildirilir. Lakin istintaq ilkin mərhələdə onun ehtiyatsızlıqdan canına qəsd etdiyi qənaətinə gəlib.

Rəsmi açıqlamada da onun intihar etmədiyi qeyd edilsə də, başından güllə xəsarəti alması intihar ehtimalını artıran nüans kimi qəbul edilib.

Yasin İnqilabzadə Daxili İşlər Nazirliyinin AzTV-də xidmət aparan mühafizə şöbəsinin əməkdaşı olub. Bu şöbənin rəisi, polis polkovnik-leytenantı Xəqani Cəfərov təxminən bir ay əvvəl işdən çıxarılaraq başqa vəzifəyə təyin edilmişdi.

Bu yaxınlarda isə onun yerinə polis polkovnik-leytenantı Xəlil Səfərov rəis təyin edilib.

Xatırladaq ki, X.Səfərov Şuşa şəhər icra başçısı Bayram Səfərovun oğludur. O, Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi, daha öncə isə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi olub.

Y.İnqilabzadənin ölümü ilə bağlı araşdırmalar aparılır.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO