Azərbaycanlı kişi xarici ölkədə arvadını güllələyib öldürdü (Video izlə)

Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

Hadisə ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib.

Məlumata görə, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin, belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Arvadını öldürən Elvin, polisə təslim olub.

Qeyd olunur ki, Elvin Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO