Azərbaycanla Ermənistan sərhədində 40 avropalı müşahidəçi yerləşdiriləcək

QafqazTimes xəbər verir ki, Avropa Şurası bazar ertəsi elan edib ki, bu ittifaqın 40 müşahidəçisi Ermənistanın Azərbaycan Respublikası ilə sərhədində yerləşdiriləcək.

“Daily Sabah” qəzetinin məlumatına görə, Avropa Birliyi bəyanatında bu qərarın regionda sülh və təhlükəsizliyin bərqərar olmasına, iki qonşu ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyasına kömək məqsədi daşıdığını açıqlayıb.

Azərbaycan Respublikası və Ermənistan sərhədində bu müşahidə missiyası iki ay davam edəcək. Bu qərar sentyabr ayında Ermənistan və Azərbaycan Respublikası sərhədində baş vermiş toqquşmalardan sonra qəbul edilib.

Avropa Şurası bu ayın əvvəlində verdiyi bəyanatda Ermənistan və Azərbaycan respublikalarının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqlədiklərini və bu bəyannamə vasitəsilə hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib.

Bazar günü xəbər mənbələri Ermənistan və Azərbaycan Respublikası arasındakı sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi vəziyyətini araşdırmaq üçün Ermənistanda Avropa nümayəndə heyətinin olduğunu açıqlayıb. Bu ayın sonuna kimi avropalı müşahidəçilərin Ermənistan və Azərbaycan Respublikası sərhədində yerləşdiriləcəyi gözlənilir. Avropa İttifaqının texniki qiymətləndirmə qrupu cümə günü İrəvana gəlib.

Qeyd edək ki, iki dövlətin sərhəd məntəqələrində problemlər yaşanır. Şənbə günü Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunu sərhəd xəttində atəşkəs rejimini pozmaqda və Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutmaqda ittiham edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi isə bunu təkzib edərək, qarşı tərəfin qüvvələrinin atəşkəsi pozduğunu açıqlayıb.

Related posts

Gələcəyə ümidvar olmaq

Qəzza Qəssabı və

Aydınlatma cihadı