Azərbaycanın İsraildə səfirlik açması utancvericidir – VIDEO

Fələstin Milli Fəaliyyət Fraksiyası ilə bərabər fələstinlilər də rəsmi Bakının Tel-Əvivdə səfirlik açmaq qərarını Netanyahunun radikal kabinetinə hədiyyə və ona bir dəstək kimi bir müsəlman ölkəsi üçün utancverici bir qərar olduğunu deyirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Azərbaycan respublikasının bu qərarı Netanyahunun işğalçı cinayətlərini himayə etmək, Fələstinin yəhudiləşdirilməsinə bir kömək, müqəddəslərə hörmətsizlik, Fələstin xalqına bir zülm və bədxahlıq deməkdir.

Qeyd edək ki, İsrail 1990-cı illərdən Azərbaycan Respublikasında öz səfirliyini açaraq son illərdə isə bu ölkənin hərbi dəstəkçisi hesab olunur.

Dünən (29mart) Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun da iştirak etdiyi Tel Əvivdə səfirlik açılışı mərasimi keçirilib və bu mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur