Azərbaycanda tonlarla çətənə kolu məhv edildi (Video izlə)

Ağcabədi Rayon Polis Şöbəsinin əmakdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Xocavənd kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan çətənə bitkisi yandırılaraq məhv edilib.

Zaqatalada isə 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 ton 770 kiloqram olan 5780 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO