Azərbaycanda sabiq rəis yarım milyonluq dələduzluqda ittiham olunur – FOTO

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov barəsində cinayət işi başlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq idarə rəisi bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.

İttihama görə, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.

Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

Cavanşir Əvəzov cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub.

İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.

İş üzrə məhkəmə araşdırması başlayıb.

Related posts

Sel nəticəsində köməksiz qalan vətəndaşların təxliyə görüntüləri – VİDEO

Qadın sürücü azyaşlı uşaqları ölümlə üz-üzə qoydu: ANBAAN GÖRÜNTÜLƏR – VİDEO

Bakıda ağacları sulamaq istədilr, küçəni gölə çevirdilər – VİDEO