Azərbaycanda səhər saatlarında dəhşət: Ölən və yaralananlar var FOTOLAR

Kürdəmirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı Ağdam rayon sakinləri – 31 yaşlı Xəlilov Rahib Osman oğlu, 45 yaşlı İmanov Cəlal Qüdrət oğlu, 20 yaşlı Həsənov Nahid Şahid oğlu, 56 yaşlı Xəlilova Şövkət Əhməd qızı və Xəlilzadə Yağmur Rahib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Fakt araşdırılır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO