Azərbaycanda ötən il 6,8 ton bal istehsal edilib


QafqazTimes-Apa: Azərbaycanda 2021-ci ildə 33 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun – 13,2 manat, vərəmumun – 92,3 manat, güləmin – 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.

Azərbaycanda iqlim dəyişikliklərinə adaptasiya strategiyası tətbiq ediləcək
Kənd təsərrüfatı sahəsində istehsal 2,7% artıb
2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanununun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO