Azərbaycanda maraqlı hadisə: Sürücü yatdı, maşını müştəri idarə etdi – FOTO/VİDEO

Azərbaycanda taksi xidmətləri göstərən şirkətlərdən birindən taksi sifarişi verən müştərinin başına qəribə hadisə gəlib.

Belə ki, müştərinin ünvanına gələn taksi sürücüsü yorğun olduğu üçün sükanı müştəriyə təhvil verib. Nəticədə müştəri taksini özü sürməli olub. Sürücü isə yan oturacaqda yuxuya gedib.

Qəribə hadisəni əks etdirən video “Instagram” sosial şəbəkəsində paylaşılıb.

Videoda danışan şəxs sürücünün yuxuladığını əsas gətirərək maşını onun sürməsini istədiyini bildirib.

“Bu nə olan şeydir? Özüm özümü ünvana aparıram”, – deyə müştəri qarşılaşdığı vəziyyəti gülüşlə qarşılayıb.  

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir